
Papuaşvili: Ermənistan və Azərbaycan arasında sülh danışıqları Cənubi Qafqazda rifah üçün vacibdir
Ermənistan və Azərbaycan arasında sülh danışıqları Cənubi Qafqazda rifah üçün vacibdir.
InterPress.ge xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşü zamanı deyib.
Tərəflər Gürcüstanla ATƏT arasında əməkdaşlıq, ölkədəki siyasi proseslər, parlamentin qanunvericilik fəaliyyəti və qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı regional əməkdaşlıq məsələləri də gündəmə gətirilib. Ş.Papuaşvili Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarının Cənubi Qafqaz regionunda sülh və rifahın təmin olunması baxımından mühüm rol oynadığını vurğulayıb.
O, ATƏT-lə əməkdaşlığı müsbət qiymətləndirərək Gürcüstanın təşkilatın fəal üzvü olduğunu qeyd edib.
Feridun Sinirlioğlu isə Gürcüstanda sabitlik və təhlükəsizliyə verilən önəmi ifadə edib.
Görüşdə Gürcüstanın Avstriyadakı səfiri və ATƏT-də daimi nümayəndəsi Aleksandre Maisuradze, eləcə də parlamentin Xarici Əlaqələr Komitəsinin sədri, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze də iştirak edib