21 
May
2025
11:52
117

Aİ Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv edir

Avropa İttifaqı Suriyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların ləğvinə dair qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial şəbəkədə paylaşım edib.

“Bu gün Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi barədə qərar qəbul etdik. Biz suriyalı xalqa yeni, inklüziv və sülh dolu Suriya quruculuğunda yardım etmək istəyirik. Aİ son 14 ildə həmişə Suriya xalqının yanında olub və belə də davam edəcək”, – deyə Kallas bildirib.

Məsələ ilə bağlı Aİ Komissiyasının prezidenti Ursula fon der Lyayen də açıqlama yayıb. O, bu qərarı alqışlayaraq Avropanın Suriya ilə bərpa yolunda əməkdaşlığa hazır olduğunu bildirib.

“Mən Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi qərarını alqışlayıram. Bərpa yolu hələ uzun və çətindir, lakin Avropa bu yolda Suriya ilə əməkdaşlığa hazırdır. Biz Suriyanın böyüməsində tərəfdaş olmaq istəyirik – həm bölgədəki, həm də beynəlxalq müttəfiqlərimizlə birlikdə. Barışıq bərpa prosesinə doğru atılan ilk və həlledici addımdır”, – deyə Ursula fon der Lyayen qeyd edib.

Bizimlə əlaqə saxlayın