25 
May
2025
16:10
214

Ukrayna və Rusiya arasında əsir mübadiləsinin üçüncü mərhələsi baş tutub

Ukrayna ilə Rusiya arasında 1000-ə 1000 məhbus mübadiləsinin üçüncü mərhələsi baş tutub.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, daha 303 ukraynalı əsirlikdən qayıdıb.

"Ukrayna və Rusiya arasında 1000-ə 1000 məhbus mübadiləsinin üçüncü mərhələsi İstanbulda danışıqlar zamanı tərəflərin razılaşdırdığı kimi baş tutub", - Zelenski qeyd edib.

Bu, İstanbulda əldə olunan razılaşmalar çərçivəsində Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin son mərhələsi olub və nəticədə 1000 ukraynalı evlərinə qayıdıb.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsinin birinci mərhələsi cümə günü baş tutub. Tərəflər 390 nəfər, o cümlədən 270 hərbi qulluqçu və 120 mülki şəxs mübadiləsi aparıblar. Dünən mübadilənin ikinci mərhələsi baş tutub və bu müddət ərzində Ukrayna 307 nəfəri əsirlikdən geri qaytarıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər