30 
May
2025
12:06
168

ABŞ-ın federal apellyasiya məhkəməsi Trampın tətbiq etdiyi tarifləri müvəqqəti olaraq bərpa etdi

ABŞ-ın federal apellyasiya məhkəməsi, Prezident Donald Trampın tətbiq etdiyi genişmiqyaslı tarifləri müvəqqəti olaraq bərpa edib.

InterPress.ge xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Bu qərar, ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsinin (CIT) həmin tarifləri dayandırmasından sonra qəbul edilib.

Reuters xəbər verir ki, Vaşinqtonda yerləşən apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını hökumətin apellyasiya şikayətinin nəzərdən keçirilməsi üçün dayandırıb. Məhkəmə iddiaçılara cavabları 5 iyuna qədər, hökumətə isə 9 iyuna qədər təqdim etməyi tapşırıb.

 

Xatırladaq ki, ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsi müəyyən etmişdi ki, Prezident Tramp, 2 aprel tarixində beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər aktı (IEEPA) çərçivəsində elan etdiyi qlobal tariflərlə səlahiyyətlərini aşır. Bu qərar Çindən idxal olunan mallara tətbiq olunan 30%-lik tarifləri, Meksika və Kanadadan gətirilən bəzi məhsullara tətbiq olunan 25%-lik tarifləri və ABŞ-a idxal olunan mallara tətbiq olunan 10%-lik universal tarifləri dayandırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər