10 
Iyn
2025
15:47
167

Partiyaların maliyyə hesabatları ilə bağlı tələblər dəyişir

Gürcüstanda siyasi partiyaların ianələr və üzvlük haqları ilə bağlı məlumatları Antikorrupsiya Bürosuna təqdim etmə öhdəliyi artıq 5 iş günü müddətində qüvvədə olmayacaq.

InterPress.ge xəbər verir ki, məsələ parlamentdə bu gün ikinci oxunuşda – maddə-maddə müzakirə olunub.

“Mülki-siyasi birliklər haqqında” qanuna edilən dəyişikliyə əsasən, partiyalar ay ərzində aldıqları ianələr və toplanan üzvlük haqları barədə məlumatı hesabat ayından sonrakı ayın 15-dək büroya təqdim etməlidirlər.

Qeyd edək ki, bu dəyişikliklər Xüsusi İstintaq Xidmətinin ləğvi və onun səlahiyyətlərinin Prokurorluğa verilməsi ilə bağlı qanunvericilik paketinin tərkib hissəsidir. Sözügedən qərar ümumilikdə 20 qanunda dəyişikliyə səbəb olub, o cümlədən “Mülki-siyasi birliklər haqqında” qanunda da.

Bizimlə əlaqə saxlayın