17 
Iyn
2025
11:00
261

“Böyük Yeddilik” liderləri: İsrailin özünü müdafiə etmək hüququ var, İran bölgədə əsas qeyri-sabitlik mənbəyidir

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Yaxın Şərqdəki vəziyyətə dair birgə bəyanat yayıblar.

InterPress.ge xəbər verir ki, bəyanatda bir daha bölgədə sülh və sabitliyə sadiqlik ifadə olunur və İsrailin özünü müdafiə etmək hüququ təsdiqlənir.

“Biz, “Böyük Yeddilik” liderləri, Yaxın Şərqdə sülhə və sabitliyə olan sadiqliyimizi bir daha təsdiqləyirik. Bu kontekstdə vurğulayırıq ki, İsrailin özünü müdafiə etmək hüququ var. İsrailin təhlükəsizliyinə dəstəyimizi bir daha bəyan edirik,” – deyə bəyanatda qeyd olunub.

Liderlər həmçinin mülki əhalinin qorunmasının vacibliyinə diqqət çəkiblər.

Bəyanatda İranın bölgədə qeyri-sabitliyin və terrorun əsas mənbəyi olduğu xüsusi vurğulanıb:

“Biz daim açıq şəkildə bəyan edirik ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz. İranla bağlı böhranın həlli bölgədə, o cümlədən Qəzzada genişmiqyaslı hərbi eskalasiyanın qarşısını almalı və atəşkəsə gətirib çıxarmalıdır.”

Bəyanatda həmçinin beynəlxalq enerji bazarlarına təsirə də toxunulub:

“Beynəlxalq enerji bazarlarında bu hadisələrin nəticələrini diqqətlə izləyirik və bazarların sabitliyini təmin etmək üçün eyni mövqedə olan tərəfdaşlarla koordinasiyaya hazırıq,” – deyə G7 liderlərinin birgə bəyanatında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər