17 
Iyn
2025
23:18
198

Tramp: "İranın ali liderinin harada gizləndiyini dəqiq bilirik, lakin hələlik onu öldürmək niyyətində deyilik"

"İranın ali lideri Ayətullah Əli Xameneinin harada gizləndiyini dəqiq bilirik, lakin onu öldürmək niyyətində deyilik – heç olmasa, hələlik."

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.

“Hazırda İran səmasının tam və total nəzarəti bizdədir. Onların yaxşı radar sistemləri və digər müdafiə texnikaları var, amma bunlar ABŞ-da hazırlanmış və qurulmuş texnologiyalarla müqayisə olunmazdır... Əli Xameneinin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, lakin orada təhlükəsizdir – onu öldürmək niyyətində deyilik, ən azından bu anda. Amma biz mülki şəxslərə və ya amerikalı əsgərlərə yönəlmiş raketləri istəmirik. Səbirimiz tükənir”, – deyə Tramp bildirib.

Digər paylaşımında isə Tramp qısa olaraq yazıb: “Qeydsiz-şərtsiz təslim olun!”

Bizimlə əlaqə saxlayın