Tramp İranla İsrail arasında sülhün olduğunu açıqladı
İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunması ABŞ Hərbi Hava Qüvvələrinin B-2 tipli bombardmançı təyyarələrinin pilotlarının peşəkarlığı və cəsarəti olmadan mümkün olmazdı.
InterPress.ge xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu gün əldə olunan razılaşma bizim möhtəşəm B-2 pilotlarımızın istedadı və cəsarəti, eləcə də əməliyyatda iştirak edən bütün şəxslərin səyi olmadan mümkün olmazdı. Gecə saatlarında həyata keçirilən ideal zərbə müəyyən mənada hamını birləşdirdi və nəticədə razılaşma əldə olundu!” – deyə Tramp “Truth Social” platformasında yazıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İran və İsrail arasında atəşkəs razılığı əldə olunub. Onun sözlərinə görə, tərəflər demək olar ki, eyni vaxtda ABŞ-a müraciət edərək atəşkəs və sülh barədə razılaşma istədiklərini bildiriblər.


