19 
Sen
2025
10:28
370

Tramp: “Putin məni üzdü, daha çox rus əsgəri ölür”

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlama verib.

Tramp bildirib ki, Putin “ümidlərini doğrultmayıb” və Ukraynada daha çox rus əsgəri həyatını itirir.

“Putin məni üzdü. Çox insanı öldürür və daha çox itki verir. Həqiqəti desəm, daha çox rus əsgəri ölür, nəinki ukraynalı. Bu məni narahat edir. Ümid edirəm, tezliklə sizin üçün yaxşı xəbərlərimiz olacaq,” – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin Rusiyaya qarşı əlavə tədbirlər görməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, neftin qiymətinin enməsi Moskvanı güzəştə getməyə məcbur edəcək.

“Çox sadədir: əgər neftin qiyməti düşərsə, Putin müharibədən çıxmaq məcburiyyətində qalacaq. Amma mən tədbirlər görməyə hazır olduğum halda, Avropa ölkələrinin Rusiyadan neft alması qəbuledilməzdir. Əgər neftin qiyməti düşərsə, Rusiyanın razılığa gəlməkdən başqa yolu qalmayacaq,” – deyə Tramp əlavə edib.

Xatırladaq ki, Tramp bir neçə dəfə Avropa ölkələrini Rusiyadan enerji resursları almaqda tənqid edib və bunun Kremlə qarşı mübarizəni zəiflətməsinə diqqət çəkib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər