25 
Sen
2025
21:23
331

Antikorrupsiya Bürosu tərəfindən “Salam Platforması"-na qarşı repressiv qanunun tətbiqi başlanıb

25 sentyabr tarixində “Salam Platforması" Antikorrupsiya Bürosundan inzibati icraatın başlanması ilə bağlı məktub alıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Salam Platforması" məlumat verib.

Məktubda qeyd olunur ki, icraat “Qrant haqqında” qanuna əsaslanaraq açılıb və platformadan geniş həcmdə və detallı məlumatların təqdim olunması tələb edilir.

"Xatırlatmaq istəyirik ki, “Salam Platforması" Gürcüstanda etnik və dini azlıqların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən təşkilatdır. Bu qruplar ölkədə ən həssas sosial təbəqə hesab olunur və gündəlik olaraq sistemli diskriminasiya ilə üzləşirlər.

Repressiv qanunların qəbul edilməsi “Salam Platforması"-nın fəaliyyətinə ciddi mənfi təsir göstərmiş, süni maliyyə, hüquqi və siyasi maneələr yaratmışdır. Bunun nəticəsində platformanın etnik və dini azlıqların hüquqlarını effektiv müdafiə etmək imkanları məhdudlaşdırılır.

Bu gün repressiv qanunvericilik vasitəsilə azlıqların, onsuz da məhdud olan hüquqlarının tamamilə əlindən alınması cəhdi müşahidə olunur. “Salam Platforması" mübarizəni davam etdirəcək və etnik-dini azlıqların hüquqlarının məhv edilməsinə yol verməyəcəkdir"- deyə "Salam Platforması"nın bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın