"Gürcüstanda siyasi təqiblərə son qoyulmalı, siyasi məhbuslar azad edilməlidir"
"Gürcüstanda siyasi təqiblərə son qoyulmalı, siyasi məhbuslar azad edilməlidir".
InterPress.ge xəbər verir ki, bunu Qustav Qotberqer Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstanla bağlı debatda çıxışı zamanı deyib.
O bildirib ki, Gürcüstandakı hazırkı vəziyyət Kremlin planından ruhlanan “gürcü kabusudur”.
Onun sözlərinə görə, müxalifət liderlərinin həbsinə, “yalançı lider İvanişvili”dən gördüyümüz vəhşiliyə və avtoritarizmə baxmayaraq, gürcü xalqının böyük əksəriyyəti azadlıq, qanunun aliliyi və demokratiya istədiyini nümayiş etdirir.
O, “Gürcülər avropalıdırlar və Avropanın bir hissəsi olmaq istəyirlər” deyib.
"Avropa Şurası və Parlament Assambleyası onların hüquqlarını qorumalıdır. Gürcüstan Avropanın coğrafi mərkəzində olmaya bilər, amma xalqı azad və demokratik dövlətdə yaşamaq istəyir. Ona görə də təcili tədbirlər görülməlidir. Biz həmçinin narahatlıqla qeyd edirik ki, şənbə günü Gürcüstanda yerli seçkilər keçirilir və burada heç bir beynəlxalq müşahidəçi iştirak etməyəcək. Siyasi təqiblərə son qoyulmalı, siyasi məhbuslar azad edilməli, müstəqil mediaya zəmanət verilməli və polis zorakılığı müstəqil şəkildə araşdırılmalıdır", - Qotberq qeyd edib.


