16 
Okt
2025
10:08
266

NATO-nun baş katibi: “17 ölkə ABŞ-dan Ukrayna üçün silah alacaq”

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, 17 ölkə ABŞ-dan Ukrayna üçün silah alacaq.

InterPress.gexəbərverirki, o, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Ruttenin sözlərinə görə, NATO-nun əsas prioriteti Ukraynanın özünü müdafiə və döyüş qabiliyyətini gücləndirməkdir.

“Bizim məqsədimiz Ukraynanın mübarizə aparmaq və mümkün qədər güclü dayanmaq imkanlarını dəstəkləməkdir,” – deyə o bildirib.

NATO rəhbəri ABŞ-ın PURL təşəbbüsü çərçivəsində Ukraynaya hərbi texnika və sursatın tədarükünü Avropa maliyyələşdirməsi ilə bərpa etməsindən məmnunluğunu ifadə edib.

Ruttenin sözlərinə görə, gün ərzində bu təşəbbüsə qoşulan ölkələrin sayı üç dəfə artıb.

“Günün əvvəlində alyansın cəmi altı üzvü PURL təşəbbüsündə iştirak edirdi – bunlar Niderland, Almaniya, Kanada, İsveç, Norveç və Danimarka idi. Lakin bugünkü görüşdən sonra artıq alyansın yarısından çoxu – 17 dövlət bu təşəbbüs çərçivəsində öhdəlik götürüb,” – deyə Rutte bildirib.

Xatırladaq ki, NATO-nun 32 üzv dövləti var. 15 oktyabrda keçirilən “Ramştayn formatı” iclasından əvvəl mediada məlumat yayılmışdı ki, PURL təşəbbüsünə daha yeddi yeni ölkə qoşulacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər