17 
Nybr
2025
18:55
417

Aİ Şurası viza rejiminin dayandırılmasına dair yeni qaydaları təsdiqlədi

Avropa İttifaqı Şurası üçüncü ölkə vətəndaşları üçün Aİ-yə vizasız səyahətin dayandırılmasını nəzərdə tutan yenilənmiş mexanizmi dəstəkləyib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Aİ Şurasının mətbuat xidməti yayıb.

Şuranın açıqlamasına görə, yenidən işlənmiş qaydalar Aİ-yə vizasız rejimdən sui-istifadə hallarında və ya Aİ-nin maraqlarına zidd vəziyyətlərdə daha sürətli və qətiyyətli reaksiya verməyə imkan yaradacaq.

Yeni qaydalara əsasən:

Əgər hər hansı üçüncü ölkə Aİ-nin viza siyasəti ilə uzlaşmasa, Aİ həmin ölkə üçün vizasız rejimi ləğv edə biləcək;

Vizasız gediş-gəliş həm də istənilən ölkə ilə münasibətlərdə pisləşmə baş verərsə – məsələn, insan hüquqlarının pozulması hallarına görə – dayandırıla bilər.

Mexanizm visa rejiminin ilkin dayandırılma müddətinin 9 aydan 12 aya qədər artırılmasını nəzərdə tutur. Bundan əlavə, ilkin dayandırma müddəti əlavə 24 ay müddətinə də uzadıla bilər.

Açıqlamada bildirilir ki, yeni mexanizm vizasız rejimin dayandırılmasına daha hədəfli yanaşmanı nəzərdə tutur:

“Əgər ilkin müddətin uzadılması bütün vətəndaşlara şamil edilirdisə, yeni qaydalara görə əlavə 24 aylıq mərhələ bütün əhaliyə aid olmayacaq. Bunun əvəzinə Aİ tədbirləri yalnız hökumət rəsmiləri və diplomatlara qarşı davam etdirə bilər.”

Yeni qaydalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək və bütün üzv dövlətlər üçün məcburi olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər