14 
Dek
2025
17:27
216

Reuters: Zelenski sülh danışıqları ərəfəsində NATO-ya üzvlük ambisiyasından imtina edir

Ukrayna Rusiyaya qarşı müharibənin dayandırılması məqsədilə kompromis addım olaraq NATO hərbi alyansına üzvlük ambisiyasından imtina edib və bunun əvəzində Qərbdən təhlükəsizlik zəmanətləri gözləyir.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ-ın xüsusi nümayəndələri ilə danışıqlar ərəfəsində bildirib.

Reuters-in məlumatına görə, bu addım Ukrayna üçün ciddi dönüş nöqtəsi sayılır. Çünki Kiyev uzun müddət NATO-ya üzvlüyü Rusiyanın hücumlarından qorunma vasitəsi kimi görür və bu hədəf ölkə Konstitusiyasında da əksini tapıb.

NATO-ya üzvlükdən imtina Rusiyanın müharibə zamanı irəli sürdüyü əsas tələblərdən biri ilə də üst-üstə düşür. Bununla belə, Ukrayna hələlik Moskvaya hər hansı ərazi güzəştinə qəti şəkildə qarşı çıxır.

Agentliyin yazdığına görə, Volodimir Zelenski bazar günü bildirib ki, NATO üzvlüyü əvəzinə ABŞ, Avropa və digər tərəfdaşlardan alınacaq təhlükəsizlik zəmanətləri Ukrayna üçün kompromis hesab olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər