18 
Dek
2025
21:33
259

Volodimir Zelenski: ABŞ hələlik bizi NATO-da görmür

"ABŞ-ın sabiq prezidenti Co Bayden mənə birbaşa şəkildə Ukraynanın NATO-ya qəbul edilməyəcəyini deyib."

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.

Zelenskinin sözlərinə görə, bu mövqe Ukraynanın Konstitusiyasında alyansa üzvlüyün strateji məqsəd kimi təsbit olunmasına baxmayaraq səsləndirilib.

Bununla yanaşı, Zelenski gələcəkdə ABŞ-ın mövqeyinin dəyişə biləcəyini də istisna etməyib. O qeyd edib ki, dünya dəyişir və siyasi proseslər daimi deyil.

“ABŞ bizi hələlik NATO-da görmür. Düzgün anlayın – hələlik. Çünki həyatda hər şey ‘hələlik’ mərhələsindədir. Ola bilsin ki, zamanla onların mövqeyi dəyişsin. Ola bilsin ki, kimsə nəhayət başa düşsün ki, Ukrayna ordusu NATO-nu zəiflətməyəcək, əksinə gücləndirəcək. Bu, siyasi məsələdir. Dünya dəyişir, siyasətçilər dəyişir – bəziləri yaşayır, bəziləri ölür. Həyat belədir”, – deyə Volodimir Zelenski vurğulayıb.

Ukrayna prezidenti eyni zamanda xarici təzyiqlər fonunda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı çağırışları rədd edib və belə qərarların yalnız Ukrayna xalqının səlahiyyətində olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər