04 
Fev
2026
18:32
63

ABŞ Konqresi: Rusiyanın Rumıniya seçkilərinə müdaxiləsi ilə bağlı iddialar əsassızdır

Yeni və indiyədək dərc olunmamış sənədlər Rumıniyada 2024-cü il prezident seçkilərinin nəticələrinin ləğvinə səbəb olan Rusiyanın müdaxiləsi ilə bağlı ittihamları ciddi şəkildə şübhə altına alır.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsi (respublikaçılar) X platformasında yaydığı açıqlamada bildirib.

Komitənin hesabatında qeyd olunur ki, TikTok Avropa Komissiyasını məlumatlandırıb ki, Rumıniyada prezident seçkilərində qalib gəlmiş namizəd Kalin Corceskunun dəstəklənməsi məqsədilə Rusiyadan koordinasiya olunmuş hər hansı kampaniyaya dair sübut tapılmayıb.

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin açıqlamasında bildirilir ki, TikTok bu nəticə barədə Rumıniya hakimiyyətini də məlumatlandırıb. Daha sonra aparılan açıq araşdırmalar isə göstərib ki, “rus TikTok kampaniyası” kimi təqdim edilən fəaliyyət əslində başqa bir Rumıniya siyasi partiyası tərəfindən maliyyələşdirilib.

Xatırladaq ki, sözügedən hesabat “Xarici senzuranın təhlükəsi, II hissə: Avropada on il ərzində qlobal internetin senzurasına yönəlmiş kampaniya və bunun ABŞ-da ifadə azadlığına təsiri” başlığı ilə dərc olunub. Sənəddə Avropa Komissiyasının bir sıra ölkələrdə seçkilər ərəfəsində platformalara kontentin ciddi şəkildə senzura olunması üçün təzyiq göstərməsindən də bəhs edilir.

Hesabatda vurğulanır ki, 2023–2025-ci illər ərzində Avropa Komissiyası platformalarla aktiv təmasda olub və Moldova, Niderland, Fransa, İrlandiya və Rumıniyada milli seçkilər öncəsi kontentin sərt şəkildə senzura edilməsinə çağırıb. Sənəddə qeyd olunur ki, 2024-cü ilin iyununda keçirilən Avropa Parlamenti seçkiləri ərəfəsində bu təzyiqlər daha da güclənib və bu seçkilər Avropa İttifaqının qlobal senzura siyasətinin əsas memarlarının mövqelərini itirməsinə səbəb ola bilərdi.

Bizimlə əlaqə saxlayın