Çin ABŞ-ı Tayvana silah tədarükünün Donald Trampın Pekinə səfərini poza biləcəyi ilə bağlı xəbərdar edib
Çin ABŞ-ı Tayvana silah tədarükünün Donald Trampın Pekinə planlaşdırılan səfərini təhlükə altına qoya biləcəyi barədə xəbərdar edib. Bu barədə Financial Times yazır.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin Tayvana silah satışları məsələsini çərşənbə günü Tramp ilə telefon danışığı zamanı da qaldırıb və vurğulayıb ki, ABŞ bu məsələyə “ağıllı və məsuliyyətli yanaşmalıdır”.
Nəşrin yazdığına görə, Çin Patriot, NASAMS və digər silah sistemlərinin Taypeyə mümkün ötürülməsi ilə bağlı “ciddi narahatlıq” ifadə edib. Bildirilir ki, nəzərdə tutulan yardım paketinin ümumi həcmi 20 milyard ABŞ dollarına çata bilər.
Pekində xüsusi olaraq qeyd olunub ki, bu cür addımlar ABŞ və Çin liderləri arasında aprel ayında keçirilməsi planlaşdırılan görüş üçün təhlükə yaradır.
Bununla belə, mənbələrin bildirdiyinə görə, bəzi amerikalı rəsmi şəxslər Çinin blef etdiyini düşünür və hesab edirlər ki, Pekin səfəri real olaraq ləğv etməyəcək.


