21 
Fev
2026
11:00
185

Tramp bütün ölkələr üçün 10 faizlik qlobal tariflər tətbiq edib

Donald Tramp dünyanın bütün ölkələrinə 10 faizlik qlobal tariflərin tətbiqi barədə sərəncam imzaladığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, o, bu barədə Truth Social platformasında paylaşım edib.

“Mənim üçün Oval kabinetdə bütün ölkələr üçün 10 faizlik qlobal tariflərin tətbiqi ilə bağlı icraedici sərəncamı imzalamaq böyük şərəfdir. Bu qərar demək olar ki, dərhal qüvvəyə minəcək”, – deyə Tramp bildirib.

Ağ Ev isə açıqlamasında qeyd edib ki, ABŞ prezidentinin imzaladığı sərəncam fevralın 24-də qüvvəyə minəcək.

Məlumat üçün bildirək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Donald Tramp tərəfindən 2025-ci ilin aprelində tətbiq edilmiş genişmiqyaslı qlobal tarifləri qanunsuz elan edib.

ABŞ prezidenti Ali Məhkəmənin qərarından “məyus olduğunu” bildirib və “digər alternativlərdən” istifadə edəcəyini vurğulayıb.

“İndi başqa istiqamətə gedəcəyəm, yəqin ki, əvvəldən seçməli olduğum istiqamətə. Bu, ilkin variantdan daha güclü olacaq”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, yeni tariflərin tətbiqi 1974-cü il Ticarət Aktının 122-ci maddəsinə əsasən nəzərdən keçirilirdi. Həmin tariflər ABŞ Konqresi onların müddətini uzatmadığı təqdirdə 150 gün qüvvədə qalacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər