12 
Mar
2026
18:52
120

Müctəba Xameneyi: Şəhidlərimizin qisasını alacağıq

İranın ali lideri Ayətullah Müctəba Xameneyi ilk açıqlamasında bildirib ki, İran müharibə zamanı həlak olan vətəndaşlarının qisasını alacaq.

InterPress.ge xəbər verir ki, Xameneyi bəyanatında şəxsi ailə itkilərindən də danışıb və müharibə nəticəsində çoxsaylı iranlının həyatını itirdiyini vurğulayıb.

“Mən atamı və həyat yoldaşımı itirmişəm. Bacım isə oğlunu və həyat yoldaşını itirib. Sizi əmin edirəm ki, şəhidlərimizin qisasını alacağımızı unutmayacağıq. Məsələ yalnız ali liderimizin şəhid olması ilə bağlı deyil. Söhbət müharibə zamanı həlak olan bütün həmvətənlərimizdən gedir”, – deyə Xameneyi bildirib.

O, həmçinin qeyd edib ki, İran müharibə zamanı dəyən zərərə görə kompensasiya tələb edəcək.

“Xalqın müharibə zamanı çəkdiyi zərər ödənilməlidir. Biz kompensasiya tələb edirik. Əgər onlar buna razılaşmasalar, onda onların aktivlərini məhv edəcəyik”, – deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın