28 
Mar
2026
23:07
578

Ağır yol qəzazı ölümlə nəticələndi

Qurjaani bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.

InterPress.ge xəbər verir ki, qəza Ahashen kəndində, Müqəddəs Üçlük kilsəsinin yaxınlığında baş verib.

Məlumata görə, avtomobil bir neçə metr hündürlükdən dərəyə aşıb. Hadisə zamanı nəqliyyat vasitəsində üç nəfər olub.

Yerli sakinlərin bildirdiyinə görə, qəza nəticəsində 45 yaşlı kişi hadisə yerində həyatını itirib, daha iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hazırda əraziyə polis və Fövqəladə Hallar Xidməti əməkdaşları cəlb olunub.

Bizimlə əlaqə saxlayın