Prokurorluq Marneuli merinin qardaşı Kənan İsmayılova qarşı ittiham irəli sürdü
Gürcüstanın Prokurorluq Marneuli bələdiyyəsində baş vermiş qrup halında xəsarət yetirmə faktı üzrə Marneuli merinin qardaşı Kənan İsmayılova ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, hadisə iki gün əvvəl Marneulidə baş verən insidentlə bağlıdır.
İstintaqla müəyyən edilib ki, 6 aprel 2026-cı il tarixində biznes fəaliyyəti ilə bağlı yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə taxta dəyənəklərdən istifadə edərək zərərçəkmişə xəsarətlər yetirib.
Hüquq-mühafizə orqanları Kənan İsmayılovu həmin gün saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.
Daxili İşlər Nazirliyi isə bildirib ki, hadisədə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam edir.


