13 
Apr
2026
12:43
464

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb

Mtsxeta-Mtianeti bölgəsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü T.K. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə cari ilin 12 aprel tarixində Mtsxeta bələdiyyəsində baş verib. Belə ki, yaşayış mənzilində baş verən mübahisə zamanı təqsirləndirilən şəxs 1973-cü il təvəllüdlü D.B.-yə fiziki xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində D.B. hadisə yerində həyatını itirib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs cinayəti törətdikdən qısa müddət sonra isti izlərlə saxlanılıb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın