22 
Apr
2026
13:35
315

Gürcüstan əhalisinin sayı açıqlandı – rəsmi statistika

Gürcüstanda əhalinin sayı ilə bağlı dəqiqləşdirilmiş məlumatlar açıqlanıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Statistika Milli Xidmətinin məlumatına əsasən, 2024-cü il 14 noyabr tarixinə ölkə əhalisinin sayı 3 929 581 nəfər təşkil edib.

Bu göstərici əvvəl açıqlanan ilkin məlumatla müqayisədə 0,4% çoxdur.

Statistikaya görə:

Əhalinin 52%-ni (2 048 577 nəfər) qadınlar,

48%-ni (1 881 004 nəfər) isə kişilər təşkil edir.

Məlumata əsasən, şəhər tipli yaşayış məntəqələrində əhalinin 62%-i (2 442 231 nəfər), kənd yerlərində isə 38%-i (1 487 350 nəfər) yaşayır.

Ən çox əhali payı paytaxt Tbilisinin üzərinə düşür – 1 331 485 nəfər, bu da ölkə əhalisinin 34%-ni təşkil edir. Regionlar arasında isə ikinci yerdə İmereti (510 741 nəfər), üçüncü yerdə Kvemo Kartli (441 630 nəfər) qərarlaşıb.

Yaş qrupları üzrə ən böyük pay 35-39 yaş (7,6%), 10-14 yaş (7,4%) və 30-34 yaş (7,2%) aralığına düşür. Xüsusilə 85 yaşdan yuxarı əhali arasında qadınların sayı kişilərdən 2,6 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü ilin əhali siyahıyaalınması 14 noyabr – 31 dekabr tarixlərində keçirilib və ölkənin bütün ərazisini, işğal olunmuş bölgələr istisna olmaqla, əhatə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər