“Ordumuzun əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlarımızdan bir addım belə geri çəkilməyib”.
InterPress.ge-nın məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, Azərbaycan ordusu tərəfindən əməliyyat planına uyğun olaraq bütün tədbirlər fasiləsiz davam etdirilir:
“İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.
