Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıb
TVCANLI

Azərbaycan MN cəhbədəki son vəziyyəti açıqladı - VİDEO

1,557
Azərbaycan MN cəhbədəki son vəziyyəti açıqladı - VİDEO
Dinləmək üçün basın

"Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib".

"Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə qarşı tərəfə atəş zərbələri endirərək, onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb.

"Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb.

Nəticədə, binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi, polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyyə edilir. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, iki ədəd PDM-i, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, iki ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, üç ədəd D-30 haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus altı ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib", - deyə məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?Son xəbərlərə bax →