10 
Sen
2026
15:47
44

Qara dənizdə yük gəmisinə dron hücumu nəticəsində iki Azərbaycan vətəndaşı ölüb

Qara dənizdə yük gəmisinə dron hücumu nəticəsində iki Azərbaycan vətəndaşı həyatını itirib, daha iki nəfər isə yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan mediası ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Qara dənizdə xarici bayraq altında üzən TEDY yük gəmisinə dronla hücum nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub, daha iki nəfər isə yaralanıb.

Qurumun məlumatına əsasən, yaralanan Azərbaycan vətəndaşları Ukraynanın Çornomorsk şəhərində yerləşən xəstəxanaya çatdırılıblar.

“Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların aparıldığı və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, eləcə də bu cür ərazilərdə və həmin marşrutlar üzrə hərəkət edən gəmilərdə işləməkdən bir daha çəkinməyə çağırırıq”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın