12 
Okt
2026
14:00
261

Nazir müavinindən açıqlama: Gürcüstanda 2027-ci ildən pensiyaların 20 laridən çox artırılması mümkündür

“Mümkündür ki, pensiya məbləğinə düzəliş edilsin və 2027-ci ildən 70 yaşdan aşağı şəxslərin pensiyası 20 laridən çox artırılsın”.

InterPress.ge xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze bildirib.

Kakauridzenin sözlərinə görə, hazırda konkret rəqəmlər barədə danışa bilməz, lakin bu istiqamətdə iş davam etdiriləcək.

“Əlbəttə, parlament tərəfindən təqdim ediləcək təklifləri və tövsiyələri gözləyəcəyik. Eyni zamanda, mövcud resursları təhlil edəcəyik. Əminəm ki, artım etmək mümkün olacaq. Komitələr tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını deyə bilmərəm, lakin 2027-ci il üçün ən prioritet istiqamətlərin maksimum dərəcədə maliyyələşdirilməsi məqsədilə onlarla birlikdə işi davam etdirəcəyik.

Bunların arasında pensiyalar da var. Komitədə pensiyanın 380 laridən 400 lariyə qədər artırılması təklif edilmişdi. Yəqin ki, bunun üçün resurs olacaq, lakin başqa bir variant da mümkündür. Komitələrlə işləyəcəyik və istiqamətlərdən biri, əlbəttə ki, pensiyaların artırılması olacaq. Bu halda 70 yaşdan aşağı şəxslərin pensiyasını nəzərdə tuturam. Bu məsələ üzərində işləyəcəyik. Bu gün konkret rəqəmlər barədə danışa bilmərik”, – deyə Kakauridze bildirib.

Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində hazırda 70 yaşdan aşağı şəxslərin pensiyasının 20 lari artırılması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər