Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən Qarabağdakı münaqişə zonasında ölən hərbçilərinin sayını açıqlayıb.
InterPress.ge-nin “İnterfax” agentliyinə istinadən məlumatına görə, Ermənistan indiyə qədər 555 hərbçisinin öldürüldüyünü bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı son məlumata görə isə, Ermənistanın itkiləri 2500 nəfərdən çoxdur.
