Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıb
TVCANLI

Azərbaycan MN bəyanat yaydı - Azərbaycan ordusu irəliləyir

1,306
Azərbaycan MN bəyanat yaydı - Azərbaycan ordusu irəliləyir
Dinləmək üçün basın

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qarşı tərəf Azərbaycan qoşunlarını atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.

"Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?Son xəbərlərə bax →