24 
Apr
2020
15:22
5059

Baş Nazir Qiorqi Qaxaria məhdudiyyətlərin nə vaxt götürüləcəyindən danışdı

"27 aprel bazar ertəsi günündən başlayaraq, Gürcüstan bir sıra məhdudiyyətləri götürüləcək, o cümlədən avtomobillərin hərəkəti və onlayn ticarət üçün qoyulan məhdudiyyətlər".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Qiorqi Gaxaria bildirib.

Baş nazirin sözlərinə görə, hakimiyyət bütün onlayn ticarətə, istənilən məhsulun çatdırılmasına və bazarların fəaliyyətinə icazə verəcəkdir.

“Həmçinin, onlayn-ticarət, hər növ məhsulun ünvana çatdırılma xidmətləri və aqrar bazarların işi də bərpa olunacaq” – dedi baş nazir.

O, qeyd etdi ki, bu məhdudiyyətlərin qaldırılmasının ilk mərhələsi olacaq.

Eyni zamanda, izah etdi ki, epidemioloji vəziyyət pisləşərsə, məhdudiyyətlər yenidən tətbiq ediləcək və ya uzadılacaq.

Qeyd edək ki, martın 21-də koronavirusun yayılması təhlükəsinə görə, Gürcüstanda fövqəladə vəziyyət elan edildi. 10 gündən sonra ölkədə komendant saatı tətbiq olundu və aprelin 17-dən etibarən avtomobillərdə icazəsiz getməyə qadağa qoyulub.

Bizimlə əlaqə saxlayın