07 
May
2020
15:55
9397

Gürcüstan sərhədlərini bu tarixdən açmağa hazırlaşır

Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək.

Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”.

N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib.(report)

Bizimlə əlaqə saxlayın