13 
May
2020
12:39
1198

Parlament sədri Arçil Talakvadze məhdudiyyətlərin hansı şərtlərdə aradan qaldırılacağını açıqladı

"Koronavirus infeksiyasına yoluxma hallarının sayı azalmağa davam etsə, məhdudiyyətlərin aradan qaldırılma prosesi tezləşdiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bu günki büro iclasında deyib.

“Əgər həkimlərimiz sayəsində nail olduğumuz stabil vəziyyət və bugünki tendensiya davam etsə, məhdudiyyətlərin qaldırılması prosesini daha da tezləşdirə bilərik ki, iqtisadi və sosiyal funksiyaları tez zamanda bərpa edilsin.

Əlbəttə ki, parlament adi rejiminə qayıdanda, biz həyata keçirilən bütün tədbirləri və gələcək strategiya və planlarımızı müzakirə edəcəyik” – dedi Talakvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər