28 
May
2020
17:46
538

Gürcüstan Prezidenti Salome Zurabişvili İlham Əliyevi təbrik etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik etdi.

InterPress.ge xəbər verir ki, təbrik Gürcüstan prezdentinin Tvitter sosial şəbəkəsində qeyd olunub.

“Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edirəm. Gürcüstan və Azərbaycan uzun müddət dostluq və güclü tərəfdaşlıq tarixinə malikdir. Xüsusilə pandemiyanın bu ağır dövründə Azərbaycan xalqına cansağlığı və firavanlıq arzulayıram "deyə Salome Zurabişvili yazıb.

Bizimlə əlaqə saxlayın