Xaşuri-Borjomi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatını itirib. Yerli sakinlərin məlumatına görə, həlak olanlar eyni ailənin üzvləri – ər-arvad və onların azyaşlı nəvəsidir. Avtomobildə olan digər uşaq isə ağır yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi “İnterpressnews”a təsdiqləyib.
Nazirlikdən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanılıb. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olmanı nəzərdə tutur.
Yaralanan uşağın Tbilisidə yerləşən ixtisaslaşmış uşaq klinikasına köçürülməsi planlaşdırılır.
