Gürcüstanda iribuynuzlu mal-qaranın, donuzların və ev quşlarının sayı azalmağa davam edir. 2026-cı ilin III rübünün sonunda ölkədə iribuynuzlu mal-qaranın sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5%, donuzların sayı isə 10,6% azalıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) ilkin məlumatlarına əsasən, 2026-cı ilin III rübünün sonunda ölkədə iribuynuzlu mal-qaranın sayı 771 min baş təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 812,2 min baş olub.
İnəklərin və camışların ümumi sayı 368,1 min baş müəyyən edilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 7,9% azdır. 2025-ci ilin III rübündə onların sayı 389,2 min baş təşkil edib.
Donuzların sayı isə 170,4 min baş olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% azalma deməkdir. 2025-ci ilin eyni dövründə ölkədə 182,5 min donuz qeydə alınıb.
Sakstatın məlumatına görə, ev quşlarının sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azalaraq 9,8 milyon baş təşkil edib. 2025-ci ilin III rübündə bu göstərici 9,98 milyon olub.
Bununla yanaşı, 2026-cı ilin III rübündə süd istehsalı 160,2 milyon litr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur. Ət istehsalı 19,6 min ton olub və 0,5% artıb. Hesabat dövründə 198 milyon ədəd yumurta istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 14,7% çoxdur.
Qeyd edək ki, 2006-cı ildən bəri Gürcüstanda iribuynuzlu mal-qaranın və donuzların sayı ən aşağı səviyyəyə düşüb. Belə ki, 2006-cı ildə ölkədə iribuynuzlu mal-qaranın sayı 1 milyon 80 min 300 baş, donuzların sayı isə 343 min 500 baş olub.
Ev quşlarının sayına gəlincə, təqdim olunan məlumatda 2006-cı ildə bu göstəricinin 5,4 milyon baş olduğu qeyd edilir.
