“Hər bir ölkənin suveren seçimidir ki, tədbirdə iştirak edib-etməsin və ölkəsinin, xalqının rifahı naminə hansı imkanları yaradıb istifadə etsin”.
InterPress.ge xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Bayba Braje “Euroscope”un Gürcüstan tərəfinin Əlaqəlilik Sammitində iştirakdan imtina etməsini necə qiymətləndirdiyinə dair sualını cavablandırarkən bildirib.
“Əgər Gürcüstan hökuməti Avropa İttifaqı ilə əməkdaşlıq nəticəsində əldə edə biləcəyi bu faydalardan yararlanmamaq qərarına gəlibsə, bu, onun seçimidir. Lakin düşünürəm ki, xalqın mövqeyi fərqlidir”, – deyə Latviyanın xarici işlər naziri qeyd edib.
