Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb

19
Gürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb
Dinləmək üçün basın

Gürcüstanda qanunsuz odlu silah və döyüş sursatı əldə etməkdə, saxlamaqda və gəzdirməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin, eləcə də Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti, Şida Kartli və Kvemo Kartli polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilən profilaktik polis tədbirləri nəticəsində saxlanılan şəxsləri müəyyən ediblər.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin şəxsi axtarışı, avtomobillərinə və yaşayış evlərinə baxış zamanı sübut kimi müxtəlif növ qanunsuz odlu silahlar, döyüş sursatları və partlayıcı qurğu götürüblər.

Götürülənlər arasında yeddi tapança, revolver, əl qumbaraları, silah daraqları və bir neçə yüz patron var.

Bundan əlavə, saxlanılan şəxslərdən birinin yaşadığı mənzildən “marixuana” narkotik vasitəsi də aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →