Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Məşhur britaniyalı aktyor Patrik Stüart 86 yaşında vəfat edib

131
Məşhur britaniyalı aktyor Patrik Stüart 86 yaşında vəfat edib
Dinləmək üçün basın

Britaniyalı aktyor Patrik Stüart 86 yaşında Los-Ancelesdəki evində vəfat edib.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Aktyorun ailəsinin X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib ki, ser Patrik Stüart həyat yoldaşı Sanninin qayğısı və yaxınlığı əhatəsində, Los-Ancelesdəki evində dünyasını dəyişib. O, Altsheymer xəstəliyi və Levi cisimcikli demensiya ilə qısa, lakin ağır mübarizədən sonra vəfat edib.

Stüart aktyorluq fəaliyyətinə 18 yaşında başlayıb. O, 1960-cı illərdən etibarən Kral Şekspir Teatrının truppasının üzvü kimi səhnədə canlandırdığı rollarla tanınıb.

Aktyor dünya şöhrətini “Ulduz yolu: Növbəti nəsil” teleserialında kapitan Jan-Lük Pikard və “İks-adamlar” film seriyasında telepat professor çarlz Ksavyer obrazlarını canlandırmaqla qazanıb.

2010-cu ildə Böyük Britaniya kraliçası II Elizabet dram sənətinə verdiyi töhfələrə görə Bukingem sarayında ona cəngavər titulu verib. Bundan sonra o, ser Patrik Stüart kimi tanınıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress.ge

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →