16 
May
2020
10:38
815

Gürcüstanda koronavirusa yoluxanların sayı 677-ə çatdı - RƏSMİ

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 6 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 677 nəfərə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 3873 nəfər karantində saxlanılır, 404 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın