Pultları kənara qoymalıyıq, televizorları söndürməliyik və başa düşməliyik ki, hər bir gürcü öz fikrini bildirmək üçün aprelin 28-də Rustavelidə olmalıdır.
InterPress.ge xəbər verir ki, bunu Vahid Milli Hərəkat"ın sədri Levan Xabeişvili bildirib.
Onun sözlərinə görə, aprelin 28-i də daxil olmaqla aksiya mütləq davam edəcək.
“Hər kəsin iştirak etməsi vacibdir. Əminəm ki, güc xalqdadır, güc birlikdədir və güc Avropadadır. Sonda gürcü xalqının xeyrinə qalib gələcəyik”, - Xabeişvili bildirib.
