18 
May
2020
12:49
695

Son 24 saat ərzində polis 99 nəfəri cərimələdi

Son 24 saat ərzində, polis tərəfindən həyata keçirilən monitorinq nəticəsində, bütün ölkə miqyasında, fövqəladə rejimin və komendant saatı məhdudiyyətləri qaydalarının pozulmasının 99 halı qeydə alındı.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyi bütün vətəndaşlara müraciət edir ki, fövqəladə rejim qaydalarını qorumağa davam etsinlər.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi qaydalarının pozulması üçün cərimə fiziki şəxslər üçün 3 000 lari, hüquqi şəxslər üçün isə, 15 min laridir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər