19 
May
2020
11:34
2806

Avtomobillərini texniki baxışdan keçirməyənlərin və keçirmək istəyənlərin nəzərinə

Nəqliyyat vasitələrinə texniкi baxışdan keçmək öhdəliyi fövqəladə vəziyyət müddəti ərzində dayandırılır və bu müddət ərzində, yəni mayın 22-dək sahibləri cərimələnmir.

InterPress.ge xəbər verir ki, baş nazirin qərarı ilə Gürcüstanda fövqəladə vəziyyət mayın 22-dən sonra davam etməyəcək.

Belə ki, fövqəladə vəziyyət rejimi qurtardığdan sonra avtomobil sahiblərindən nəqliyyat vasitələrinə texniki baxış keçirmələri məcburi olacaq.

Xüsusilə, nəqliyyat vasitələrinin və onların qoşqularının dövri texniki müayinələri (ilkin / təkrar) 23 may 2020-ci ilədək məcburidirsə, bu yoxlamalar 22 iyul 2020-ci ilədək texniki baxışdan keçirilməlidir. Yəni, fövqəladə vəziyyətin dayandırılmasından sonra 60 gün ərzİndə.

"Fövqəladə vəziyyət elan edilmiş müddət ərzində dayandırılmış nəqliyyat vasitələrinin və onların qoşqularının texniki baxışdan (ilkin / təkrar), fövqəladə vəziyyətin başa çatmasından sonra ən geci 60 gün ərzində keçirilməlidir”, – deyə sərəncamda bildirilib.

Bundan başqa hökumətin qərarında bildirilir ki, texniki baxış fövqəladə vəziyyət qüvvədə olduğu vaxtda üst-üstə düşərsə, 60 günü ərzində baxışdan keçməlidir və xidmət ödənişindən azad edilir.

"Yenidən yoxlama müddəti fövqəladə vəziyyət qüvvədə olduğu vaxtda üst-üstə düşərsə, müəyyən edilmiş 60 təqvim günü ərzində nəqliyyat vasitəsinə ilkin yoxlamanın aparıldığı eyni yoxlama mərkəzində yenidən keçirilməlidir və xidmət ödənişindən azad olunur.”

Qeyd edək ki, texniki yoxlama xidmətləri fövqəladə vəziyyət rejimində də işləyir və onların fəaliyyəti qadağan edilməyib. Buna baxmayaraq, sürücülər hələ də cərimə olunmur.

Bizimlə əlaqə saxlayın