28 
May
2020
16:27
821

Bu gün Tbilisi teleqülləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılacaq - FOTO

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümü qeyd edilir.

InterPress.ge xəbər verir ki, bu axşam Azərbaycanın milli bayramı şərəfinə Tbilisi TV qülləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılacaq.

28 May 1918-ci ildə Tblisidə imzalanan bəyannaməyə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası ölkənin müstəqilliyini elan etdi. Azərbaycan müsəlman Şərqində ilk respublikaçı dövlət oldu.

Bu gün Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, SOCAR Energy Georgia-nın baş direktoru Mahir Məmmədov, Azərbaycan İş Adamları Birliyinin (AZEBI) üzvləri Tbilisinin mərkəzindəki parkda Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Bununla yanaşı, Tbilisinin Botanika bağındakı görkəmli azərbaycanlıların panteonu da ziyarət olunub, AXC-nin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları üzərinə gül qoyulub.

Bizimlə əlaqə saxlayın