01 
Iyn
2020
14:34
1469

Bolnisinin karantin elan edilmiş kəndində son vəziyyət açıqlanıb

"Bolnisi munisipalitetinin Muşevani (Dəllər) kəndinin demək olar ki, bütün əhalisi koronavirus yoxlanışından keçdi".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

“Kvemo-Kartli klasteri çox önəmlidir. Ən qaynar nöqtə Muşevani kəndidir. Sözü gedən kəndin bütün əhalisi 750 nəfər yoxlanıldı . Hərkəsin klinik vəziyyəti qənaətbəxşdir. Yoluxanların çoxu artıq sağalıb və bir müddətliyinə karantindədirlər” – dedi Amiran Qamkrelidze.

Bizimlə əlaqə saxlayın