06 
Iyl
2020
11:36
1838

Gürcüstanda ağır cinəyət: Kişi üç uşaq anası olan həyat yoldaşını qətilə yetirdi

Suramidə qətl hadisəsi baş verib.

InterPress.ge-nin məlumatına görə, öz evində bir gənc qadın əri tərəfindən öldürülüb.

Hadisə yerində hüquq mühafizə orqanları işləyir.

Suramidə əri tərəfindən qadının öldürülməsi haqda qonşular danışır.

Onların qeyd etdiklərinə görə, kişinin müəyyən psixoloji problemləri var idi, o, içkili olan zaman gözünə görünənlər olurdu.

Onların dediklərinə görə, 35 yaşadək olan kişi gecə saat 03:00 radələrində həyat yoldaşını yataqda odlu silahla qətlə yetirib.

Onların məlumatına görə ər-arvadın münasibətləri yaxşı olub lakin kişi tez te içki içirmiş. Onların 3 azyaşlı uşaqları olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisənin araşdırılması Cinayət Məcəlləsinin 109-cu maddəsinin ikinci hissəsinin 11-ci maddəsinin “c” bəndinə əsasən başlanmışdır, bu da ailə üzvünün ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə görə cəza nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər