21 
Iyl
2020
22:26
1604

İmnadze: "Əhali tövsiyyələrə riayət etməsə koronavirus dayanmayacaq"

"Əgər əhali tövsiyyələrə riayət etməsə koronavirus dayanmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri müavini Paata İmnadze açıqlama verib.

Onun bildirdiyinə görə, Qardaban əhalisi test prosesində iştirak edirlər və hələ ki, rejimi sərtləşdirməyə ehtiyac yoxdur.

"Hələ ki, əhali bizimlə yaxşı əməkdaşlıq edir. Bilirsiniz ki, qrupumuz orada işləyir və əhalinin bu prosesə qatılması çox yaxşıdır. İnsanlar gəlib testdən keçirlər. Test prosesi ilə bağlı problem yaranmasa prosesin sərtləşdirilməsi baş tutmayacaq. Bir daha təkrar edirəm bütün tövsiyyələrə riayət etmək vacibdir. Praktiki olaraq ölkəmizdə açılmamış az biznes qalıb. Artıq toyların keçirilməsinə də icazə verildi. Lakin biz tövsiyyələrə riayət etməsək koronavirus dayanmayacaq.

Bir şans var - Hamı maskadan istifadə etməli, məsafəni qorumalıdır və heç yer bağlanmayacaq", - dedi Paata İmnadze.

Bizimlə əlaqə saxlayın