28 
Sen
2020
12:52
1191

Gürcüstanda tələbələr bu tarixdən auditoriyalara qaydacaqlar

"Acaradan başqa bütün ölkə miqyası ilə tələbələr 19 oktyabrdan etibarən auditoriyalara qayıdacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil naziri Mixeil Çxenkeli açıqlama verib.

O, koordinasiya şurasının iclasından sonra baş tutan brifinqdə qeyd etdi ki, auditoriyalarda təhsil prosesi peşə məktəblərinə də şamildir.

"Acaradan başqa ölkə miqyası ilə bütün tələbələr həm universitetlərin həm də peşə məktəblərinin auditoriyalarında təhsillərini yeniləyəcəklər.

Bir daha müraciət edirəm ki, Səhiyyə Nazirliyi tərəfindən verilən bütün tövsüyyələrə yüksək səviyyədə riayət olunsun. Bizim övladlarımız təhsillərini həm universitet həm də peşə məktəblərində auditoriyalarda yeniləməlidirlər"-dedi M. Çxenkeli.

Bizimlə əlaqə saxlayın