01 
Okt
2020
09:53
839

Kaxetidə üzüm oğurlayan dörd nəfər saxlanıldı - VİDEO

Kaxeti bğlgəsinin Ğvareli bələdiyyəsində üzüm bağından üzümləri oğurlamaq faktı üzrə 4 şəxs yaxalanıb.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

"Daxili İşlər Nazirliyinin Kaxeti polis departamentinin əməkdaşları keçirilən operativ istintaq axtarış tədbirləri nəticəsində Ğvareli bələdiyyəsində üzüm bağından üzüm oğurlamaq faktı üzrə 4 şəxs yaxalanıb. Yaxalanan şəxslər bunlardır :

1993-cü il doğumlu - V. Z
1996-cı il doğumlu - N. X
1986-cı il doğumlu - B. M
1956-cı il doğumlu - M. B

Cinayətkarlar başqa şəxsin üzüm bağına icazəsiz gizli şəkildə daxil olaraq üzümün " Saperavi" növünü oğurlayarkən yaxalanıblar. Hüquqmühafizəçilər yarım ton " Saperavi" üzüm növünü dəlil olaraq götürüb.

Faktla bağlı istintaq başlanılıb. Cinayət 1 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur"-məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər