26 
Apr
2020
04:34
1163

Dünyada koronavirusla bağlı SON STATİSTİKA

Dünyada koronavirusa yoluxma hallarının sayı 2,919,462-ə çatıb.

InterPress.ge xəbər verir ki, dünyada 203,162 insan COVID-19 pandemiyasının qurbanı olub.

Qeyd edilir ki, virusa yoluxan 836,612 nəfər müalicə alaraq sağalıb.

Ən çox yoluxma halları ABŞ (960,651), İspaniya (223 759) və İtaliyada (195 351) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər