28 
Apr
2020
19:23
3068

Mixeil Saakaşviliyi vitse-premyer təyin etmək təşəbbüsü geri çəkildi - SƏBƏB?

Ukraynanın nazirlər kabineti Ali Radanın Mixeil Saakaşviliyi vitse-premyer təyin etmək təşəbbüsünü geri çəkdi.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Ukrayna agentliyi “Senzor Neti” yayır.

Medya-vasitəsinin məlumatına görə, Mixeil Saakaşvilinin “Xalqın xidmətçisi” fraksiyasına təyin edilməsi bloklandı.

Yayılan məlumata görə, fraksiyada Mixeil Saakaşvilinin vitse-premyer vəzifəsinə təyin edilməsi üçün 248 səsdən 140-170-ə qədər səs yığıla bildi.

Bununla yanaşı, agentliyin redaktorunun dediyinə görə, prezident ofisi dərk edir ki, Saakaşvilinin təyin edilməsi ilə bağlı danışıqların suya düşməsi skandal ilə başa çatacaq, ona görə də, prezident Gürcüstanın sabiq prezidentinə hansı vəzifəyi təklif etməyi düşünür.

Variantlardan biri olaraq, Mixeil Saakaşviliyi Odessada “Xalqın xidmətçisi” partiyasının mer namizədi kimi təqdim etmək müzakirə olunur.

Bizimlə əlaqə saxlayın